Şərtlər və qaydalar

Etik qaydalarımızla yaxından tanış olun

SCHOOLPLUS dərs məzmunu qaydaları

Bu şərtlər və etik qaydalar SCHOOLPLUSda tədris olunan mövzuların ən geniş auditoriyaya uyğun olması, uşaqların və müəllimlərin dini, eləcə də siyasi inanclarına və ya digər subyektiv fikirlərinə məruz qalmayacaqlarından əmin olmaq üçün qəbul edilib.

Daha ətraflı məlumat üçün PDF faylı yükləyin.

Bütün şagirdlərimizə

SCHOOLPLUS dərslərinə qatılan bütün uşaqları salamlayırıq! Tələbələrimizin valideynləri ilə işləməyi səbirsizliklə gözləyirik, çünki valideynlər və müəllimlərin ortaqlığı hər bir uşağın öz potensialına çatmasına kömək edir. Üzvlərimizin riayət etməli olduqları bəzi təlimatlar var. Bu təlimatlara riayət etmədən üzvlərimiz kursu davam edə bilməzlər.

  • Dərslər yalnız mövzü üzrə uyğun bilik və ya təcrübəyə sahib olduğunuz halda təklif edilə bilər.
  • Dərslərə peşəkar yanaşılmalıdır: hazırlıqlı olmalı, dərsə gecikməməli və bütün şagirdlərə hörmətlə yanaşmalıdır
  • Müəllimlərimiz onların səhhəti yaxşı olmadığı zaman dərs deməməli, 15 yaş və daha kiçik tələbələrə qadağan olan davranışı təbliğ etməməlidirlər.
  • Valideynlərin suallarına və istəklərinə dərhal cavab verilməlidir.
  • Həm mesajlarda(dərslərdən kənar), həm də sinifdə valideynlərlə və şagirdlərlə peşəkar şəkildə ünsiyyət qurulmalıdır.
  • SCHOOLPLUS komandasının bütün üzvlərinə hörmətlə yanaşmalıdır.
  • Sosial Media siyasətimizə əməl edərək, onlayn öz peşəkarlığını qorumalıdırlar.
  • Yalnız dünyəvi, obyektiv, yaşa uyğun məzmunda dərslər təklif edilməlidir.
  • Mənşədən, inancdan və ya yerdən asılı olmayaraq, hər bir uşaq və ailə üçün etibarlı və qonaqpərvər bir mühit yaratmalıdır.
  • Dərslər barədə çatışmayan detalları aydınlaşdırmaq üçün müəllimlərə sual vermək.
  • Dərslərdə övladlarının iştirak etməsi, bir çox dərslər qrup söhbətinə əsaslanır və bir tələbənin aktiv olmaması böyük təsir göstərə bilər.
  • Müəllim və digər valideynlərin xeyrinə sinif təcrübənizlə bağlı konstruktiv rəy vermək.
  • Diskussiyalarda iştirak edə bilərsiniz, fərqli fikirlərə hörmətlə yanaşmaq şərti ilə.
  • SCHOOLPLUS-ı hər kəs üçün təhlükəsiz və etibarlı bir yer olmasına kömək etmək.
  • Vaxtında dərsə qoşulmaq və öyrənməyə hazır olmaq.
  • Bütün şagirdlər və müəllim üçün təhlükəsiz, rahat bir şərait yaratmağa kömək etmək üçün dərsə uyğun bir şəkildə geyinmək
  • Müəllim və kurs yoldaşlarına hörmətlə yanaşmaq.
  • Hər bir mövzunun böyük bir öyrənmə təcrübəsinə çevrilməsində aktiv iştirak etmək və diqqəti yayındıran mövzulardan çəkinmək.
  • Hər mənşədən, inancdan və yerdən olan şagirdlər və müəllimlər üçün təhlükəsiz, xoş qarşılanacaq bir mühit yaratmaq
  • Şəxsi məlumatlarınızı gizli saxlamaq və başqalarından şəxsi məlumatlarını bölüşmələrini istəməmək (məsələn, e-poçt ünvanı, poçt ünvanı, telefon nömrəsi, və s.).
  • Biz hər mənşədən, inancdan və yerdən olan üzvləri salamlayırıq və onlar üçün etibarlı və təhlükəsiz bir mühit yaratmağı öhdəmizə götürürük.
  • Valideynlərdən, müəllimlərdən və şagirdlərdən rəyləri dinləyərək, ən optimal dəyişiklikləri etmək.
  • Yaranan suallara və məsələlərə mümkün qədər tez cavab vermək. Səbrli olmağınızı xahiş edirik.