Proqram cədvəli

Burada siz bizim proqramlarımız haqqında ətraflı məlumat ala bilərsiniz.

Yoga classes

Yoga

Müəllim: Şəbnəm Mirzəzadə


Müddət: 1 ay


Intensivlik: 2 dəfə | 1 saat


Yaş: 5-10


Ödəniş: Endirimlə 60 manat/ayda

Leadership classes

Liderlik

Müəllim: Əli Əlizadə


Müddət: 9 həftə


Intensivlik: 2 dəfə | 90 dəqiqə


Yaş: 11-15


Ödəniş: Endirimlə 40 manat/ayda

Salam! Mənim adım Şəbnəm Mirzəzadə. Sizin övladınız əylənərək öyrənməyi, idman etməyi və dincəlməyi sevirsə, bu proqram sizin övladınız üçündür. Proqramı başlamazdan öncə uşaqlarla əylənərək vücudumuzu isidirik və nəfəs alma texnikasını öyrənirik. Hər kəs bədənini yaxşıca isitdikdən sonra, biz uşaqlarla fərqli yerlərə virtual səyahət edərək, YOGA ilə məşğul oluruq və təbiətlə tanış oluruq. Vaxtımız həm əyləncəli, həm də faydalı keçir. Sonda meditasiya ilə dərslərimizi bitiririk. Bu proqramdan sonra övladınız özünü xoşbəxt hiss edəcək və günün qalan hissəsinə tam hazır olacaq. Mən sizin övladınız ilə tanış olmağı səbirsizliklə gözləyirəm!

 

Uşaqlarla işləyərkən çox səbirli və mülayiməm. Proqram müddəti uşaqlar özlərini çox rahat və təhlükəsiz hiss edəcəklər. Hər bir uşaqla ayrıca olaraq ünsiyyət qururam və proqram boyunca aktiv iştirak etməyə təşviq edirəm.

 

Bu proqramda uşaqlar YOGA ilə məşğul olacaqlar və düşünürəm ki, YOGA uşaqların yüksək enerji səviyyəsini təhlükəsiz, əyləncəli və sağlamlığına faydalı bir şəkildə yönəltmək üçün əla bir məşğuliyyətdir.

Salam. Mən Əlizadə Əli – daxili motivasiya və şəxsi inkişaf üzrə mütəxəssis, KAZGUU universitetinin MBA proqramı və Bakı Biznes Universitetinin “Biznes və menecment” fakultəsi üzrə məzunu, AEGEE-Bakı gənclər təşkilatının daimi alumni üzvüyəm.

 

Həyacan verici, əyləncəli və faydalı LİDERLİK proqramına xoş gəlmisiniz!

 

Bu proqramda iştirak etməklə Siz, real dünyamızda lazım olan bilik və bacarıqlarınızı artıraraq daha inamlı şəkildə inkişaf edəcəksiniz. Dərslərimiz interaktiv şəkildə keçirilir və hər bir uşağın gələcəkdə nümunəvi lider olmağını təşviq edir.

 

Proqram zamanı bəzi öyrənilən bilik və bacarıqlar:

  1. Liderlik və onun həyatımızda rolu
  2. Necə lider olmaq və onun kimi davranmaq olar?
  3. Lider, boss və rəhbərin fərqi
  4. Liderin daxili kompası
  5. 21ci əsrin lideri
  6. Təqdimat hazırlama, oyunlar və tapşırıqlar

 

Əziz valideyinlər, tam əmin ola bilərsiniz ki, uşaqlarınız bizimlə birgə öyrənərək, qrup tapşırıqları və başqa praktiki fəaliyyətlər edərək, diskussiyalar apararaq vaxtlarını əyləncəli və eyni zamanda səmərəli keçirəcəklər.

Riyaziyyat

Əyləncəli Riyaziyyat + Scratch

Müəllim: Ravana Göyüşlü


Müddət: 1 ay


Intensivlik: 2 dəfə | 1 saat


Yaş: 5-7


Ödəniş: Endirimlə 40 manat/ayda

Scratch proqramlaşdırma

Müəllim: Ravana Göyüşlü


Müddət: 3 ay


Intensivlik: 2 dəfə | 1 saat


Yaş: 6-14


Ödəniş: Endirimlə 60 manat/ayda

Mən Rəvanə Göyüşlü. 2015 ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə riyaziyyat və informatika müəllimi ixtisası üzrə qəbul olunmuşam. 1 il uğurlu göstəricilərim olduğu üçün Təhsil nazirliyinin nəznində “SABAH grupları”na qəbul olunmuşam. Təhsil nazirliyi nəznində Azərbaycan respublikası Təhsil institutunda “STEAM Azerbaijan” layihəsi çərçivəsində “layihə əsaslı öyrənmə”, “birpalatalı platformalar üzərində kodlaşdırma” , “Modelləşdirmə və dizayn” dərsləri üzrə təlim almışam.

 

Riyaziyyat  oyun praktikası ilə 5-7 yaş arası şagirdlərin 1-ci sinifə hazırlaşmalarına və hazır qalmalarına kömək etmək üçün hazırlanmışdır.  Uşaqıarıa hər həftə yeni bir mövzunu araşdıracağıq, keçmiş mövzuları nəzərdən keçirəcəyik və övlad(lar)ınızın bacarıqlarını artırmasına kömək etmək üçün interaktiv fəaliyyətlərlə məşğul olacağıq.  Proqram elə qurulub ki, hər bir iştirakçı öz yaşıdları ilə ünsiyyət qurmaq, suallar vermək və təhlükəsiz, sakit və əyləncəli bir şəraitdə yeni bir şey öyrənmək şansı əldə etsin.  Uşaqlar proqram müddətində riyaziyyatla bağlı öyrəndiklərini  komputer oyunları vasitəsilə tətbiq etmək şansını əldə edəcəklər. Toplama, çıxma, bölmə, vurma, 100-ə qədər sayma, fiqurlarla ilkin tanışlıq kimi mövzuları dərindən öyrənəcəklər.

Mən Rəvanə Göyüşlü. 2015 ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə riyaziyyat və informatika müəllimi ixtisası üzrə qəbul olunmuşam. 1 il uğurlu göstəricilərim olduğu üçün Təhsil nazirliyinin nəznində “SABAH grupları”na qəbul olunmuşam. Təhsil nazirliyi nəznində Azərbaycan respublikası Təhsil institutunda “STEAM Azerbaijan” layihəsi çərçivəsində “layihə əsaslı öyrənmə”, “birpalatalı platformalar üzərində kodlaşdırma” , “Modelləşdirmə və dizayn” dərsləri üzrə təlim almışam.

 

Bu dərsdə şagirdlər kodlama ilə bağlı ilkin anlayışları öyrənəcəklər. Alqoritm anlayışını mənimsəyib, layihələrdə tətbiq edəcəklər. Scratch plaforması ilə yaxından tanış olacaqlar. Blokların işləmə funksiyasını öyrənib öz personajlarına animasiya verəcəklər. Spraytlara kod yazma və onun funksiyalarını inkişaf etdirməyi öyrənəcəklər. Müxtəlif səhnəciklər quracaqlar. Flappy birds, Ninja fruit kimi məhşur oyunları sıfırdan yaradacaqlar, bir sözlə həm kodlamanı öyrənəcəklər, həm də qurduqları komputer oyunlarını oynayacaqlar. Ev tapşırıqları dərsdə keçirilənlərə müvafiq olaraq veriləcəkdir. Dərslər həftədə 2 dəfə olmaqla 1 saat müddətində keçirilir.

İlk yardım

İlk Yardım

Müəllim: Fərid Nağızadə


Müddət: 1 ay


Intensivlik: 2 dəfə | 1 saat


Yaş: 10-15


Ödəniş: Endirimlə 40 manat/ayda

Learn to Learn

Öyrənməyi Öyrən | Учись Учиться

Müəllim: Zemfira Qasımova


Müddət: 1 ay


Intensivlik:  3 dəfə | 1 saat


Yaş: 11+


Ödəniş: Endirimilə 50 manat

Mən Zemfira Qasımova Seçenov universitetinin 5-ci kurs tələbəsiyəm. Eyni zamanda xarici dillər, web-dizayn, şahmat və üzgüçülüklə məşğul olmağı sevirəm. Təbii ki, bu həmişə belə olmayıb. Məktəbdə dəsr planı qurmağı bacarmadığıma görə əlavə sevdiyim işlərlə məşğul ola bilmirdim. Universitetə qəbul olduqdan sonra “study management (təhsilin idarəedilməsi” haqqında öyrəndim. Artıq 5 ildir ki, bu mövzuda müxtəlif kitablar oxuyuram və kurslara qatılıram.

 

Öyrənməyi öyrən kursunda bildiklərimi övladlarınızla bölüşəcəm. Burada onlar yeni informasiyanı düzgün yadda saxlamağı və sonra istifadə etməyi öyrənəcəklər. Eyni zamanda vaxtlarını düzgün bölməyi öyrənəcəklər. Ümumilikdə, proqram 4 hissədən ibarət olacaq:

  1. Prioritetləşdirmə
  2. Plan qurma
  3. Effektiv dərs oxuma üsulları
  4. Yekun dərs (Hər bir uşaq üçün individual planın hazırlanması)

Öyrədəcəyim bütün üsullar elmi araşdırmalar nəticəsində alimlərin gəldiyi qənayətlərdir.

Bir ayın sonunda övladlarınız sizin köməyiniz olmadan dərslərini planlaşdıracaq və ev tapşırıqlarına 2 dəfə daha tez bitirəcəklər.

 

P.S. Bu proqram onları əlaçı etmək üçün deyil. Mən onlara yeni aldıqları informasiyanı düzgün seçib və istifadə etməyi öyrədəcəm. 

Resm

Rəsm + Oriqami

Müəllim: Səbinə Nəcəfova


Müddət: 1 ay


Intensivlik: 2 dəfə | 90 dəqiqə


Yaş: 4-15 yaş


Ödəniş: Endirimlə 40 manat/ayda

Resm

Sulu boya ilə RƏSM

Müəllim: Aysel Gojayeva


Müddət: 1 ay


Intensivlik: 2 dəfə | 90 dəqiqə


Yaş: 4-18


Ödəniş: Endirimlə 50 manat/ayda

Salam! Mən Təranə Quliyeva. On ildən artıq müddətdir ki, rəssamlıq sahəsi ilə yaxından məşğul oluram. Rəssam olmaqla yanaşı insanlara rəsmi tədris etməkdən böyük zövq alıram. Əgər övladlarınız yaradıcılıqla məşğul olmağı, rəsm çəkməyi  sevirsə, o zaman onlar da bu dərslərdən böyük zövq alacaqlar.


Dərslər əylənərək öyrənmək, rəssamlıq üzrə bilik və bacarıqların əldə olunması, yaradıcılıq sahəsində dünya görüşünün artırılması prinsipləri üzərində qurulmuşdur. Uşaqlara rəsm çəkməyi, fikirlərini rənglərlə ifadə edə bilməyin zəruriliyini öyrətmək dərsin əsas məqsədidir. Rəsm dərsləri həftədə iki dəfə olmaqla bir saat ərzində tədris olunacaq. Dərslər həm praktiki, həm də nəzəri formada keçiriləcək. Uşaqlar rəsm çəkməyi öyrənərkən eyni zamanda incəsənət tarixi haqqında biliklərə yiyələnəcəklər. Və ay ərzində bir dəfə olmaqla müxtəlif formalı əl işi hazırlayacaqlar.


Dərs zamanı övladlarınız rəsm çəkməyi öyrənərkən rəssamlığın yaratmaq, inkişaf etmək üçün çox dəyərli və əvəzsiz bir vasitə olduğunu müşahidə edəcək.

Salam. Mənim adım Nəcəfova Səbinə. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənət müəlliməliyini bitirmişəm. Sizin övladlarınız rəsm çəkməyi  öyrənərkən əylənməyini, dincəlməyini isdəyirsinizsə bu zaman rəsm dərslərimiz övladlarınız üçündür. Dərsə başlamamışdan öncə onlara həm əyləncəli həmdə öyrədici suallarla keçdiyimiz dərsi təxmin etməklə mövzumuzun nə olduğunu öyrənirlər. Uşaqlar rəsm cəkməyə başladıqda analiz edərək bəzi məqamlara diqqət yetirirəm:

 

• Rəsmin geometrik xüsusiyyətlərinə (yuxarıda, aşağıda, sağda, solda, mərkəzdə);

• Rəsmin ölçüsünə;

• Xətlərin kəskinliyinə (qırıq-qırıq və ya tam xətlər);

• Rəsmdə istifadə olunan rənglərə;

• Rəsmdə qaralamaların, tərəddüdlərin olub-olmamasına.

 

Dərs müddətində hər bir uşaqla ayrıca olaraq ünsiyyət qururam və dərs zamanı uşaqların aktiv olması, motivasyalarının yüksək olması üçün cəhd  göstərirəm. Uşaqlarla işləyərkən çox səbirli və mülayiməm. Onlara rəsm dərsindən əlavə olaraq rəngli kağızlardan maraqlı və isdifadə ede biləcəkləri fiqurlar öyrədirəm. Bunun uşaqlar  üçün  həm də faydalı olacağını düşünürəm. Övladlarınızı rəsm dərslərimizə qoşaraq bacarıqlarını ortaya çıxartmalarına kömək edin. Həmçinin bu onlar üçün həm öyrədici həmdə gözəl bir məşğuliyyət olacaq.

illustration-tree-2

Bakı,
Azərbaycan

Siz harada,
biz orada

Mobil nömrə:
+994507143132