Haqqımızda

Biz ənənəvi öyrənmə üsullarına meydan oxuyuruq, çünki inanırıq ki, övladlarınızın parlaq gələcəyi yalnız təhsilə yeni növ öyrənmə üsulları gətirməklə ola bilər.

Founder

Bizim hekayəmiz

2020-ci ildə qurulan təhsil ocağımız, hər bir uşağı gələcəkdə texnologiya, elm, incəsənət, dizayn və bir çox bacarıqları əyləncəli şəkildə öyrənməyə ilhamlandırmağı hədəfləyir. Təsisçimiz – Rüfət Əhmədov keçmişdə təhsillə bağlı problemlərlə üzləşmiş və bu səbəbdən övladlarınızın bu problemləri yaşamamasını və gələcəyə daha da hazırlıqlı olmasını istəyirlər.

İstedadlı uşaqlarımızın böyük uğurlara imza atmalarını və dünyaya müsbət təsir göstərmələrini görməkdən qürur duymaq istəyirik!

BİZİM

proqram haqqında

Özümüzü sizin parlaq övladınızın daha da parlaq olmasına həsr edirik! Erkən yaşlarından başlayaraq uşaqlar həyatları boyu onlarla birgə yaşayacaqları düşüncə vərdişlərini formalaşdırırlar. Bizim  məqsədimiz unikal dərslərimizi uşaqların maraqlarına  uyğunlaşdırmaq, eləcə də düşüncə vərdişlərini formalaşmasında onları dəstəkləməklə, məktəbdə və məktəbdən sonra qarşılaşacaqları çətinliklərə onları hazırlamaqdır.

Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

SCHOOLPLUS

fəqləndirən xüsusiyyətlər

Bütün ailəyə göstərdiyimiz dəstək

Diqqətlə hazırlanmış proqram və cədvəllər tək uşaqların deyil, həm də valideynlərin ehtiyacları nəzərə alınmaqla hazırlanmışdır.
Proqramlarımızı kəşf et

İlhamlı müəllimlər

Öyrəndikləri sahədə dərin təcrübəsi və həvəsi olan mütəxəssis müəllimlərimiz komandamıza qoşulmazdan əvvəl ciddi yoxlanışdan və təlimdən keçirlər.
Müəllimlərlə tanış ol

Təhsilə unikal yanaşma

Daima inkişafda olan və övladınızın marağına uyğun olan tədris planımız uşaqlar üçün yalnız öyrənmək deyil, həm də sərbəst düşünmək imkanı yaradır.
Qeydiyyatdan keç

Siz harada, SCHOOLPLUS orada

Övladlarınızın evdə oturaraq onlayn təhsil almasına üstünlük verirsiniz? Canlı və əyləncəli onlayn dərslərimizlə övladlarınız nəinki maraqlı mövzular üzrə maariflənəcək, hətta eyni zamanda yeni dostlar belə qazanacaqlar.

Xoşbəxt uşaq
Kursdan razı qız

Bizim missiyamız

Bizim missiyamız uşaqlara real dünyada tələb olunan bacarıqlara yiyələnməkdə yardım etmək və onlar üçün nümunəvi lider olmağa imkan yaratmaqdır.

Share on facebook
Facebook

Keyfiyyətli tədris

Bütün müəllimlərimizin öyrətdikləri sahələrdə tədris təcrübələri və mütəxəssisliyi öncədən yoxlanılır. Bundan əlavə, hər birinin tədris etdiyi dərslər barəsində həqiqətən də nə qədər həvəsli və ilhamlı olduğunu testdən keçiririk.

 

Əsasən sosial bacarıqların inkişafını dəstəkləmək üçün müəllimlərimiz tərəfindən xüsusi tədris proqramları hazırlanır və bu tədris proqramları daima təkmilləşdirilir. Tədris planımızın keyfiyyətini artırmaq məqsədi ilə hər bir dərsin sonunda istifadəçilərdən alınan rəylərə diqqətlə baxılır.

Photo şəkil çəkən uşaq
a kid playing with bubbless

Onlayn proqramlarımız

Məktəbəqədər dövr çox vacibdir! Proqramımız övladınızın təcrübəsini maksimallaşdırmaq üçün hazırlanıb.

  • Qısa və uzun müddətli oyun və təcrübə əsaslı kurslar
  • Uşağınızın ehtiyaclarını ödəyən kurs seçimləri
  • Kiçik qruplar
  • Uşaqlarınızı yeni dostlar qazanmağa və ünsiyyət qurmağa təşviq edən mühit