FAQ

Sualınızın cavabı olmadığı halda bizimlə əlaqə saxlayın. Kömək etməkdən məmnun olarıq.

Məzmun cədvəli

SCHOOLPLUS-da onlayn təhsil

SCHOOLPLUS məktəbdən-əlavə proqramdır. Bizim dərslərimiz onlayn və ya fiziki olmağından asılı olmayaraq, uşaqların maariflənməyinə, maraqlarının və bacarıqlarının təyin olmasına kömək edir. Biz qarantiya veririk ki, kurslarımızı keçdikdən sonra sizin uşaqlarınız əvəzolunmaz bilik qazanacaqlar.

Hal-hazırda biz Azərbaycan dilində tədris keçirik, amma yaxın bir zamanda dərslərimiz Rus və İngilis dillərində də tədris olunacaq. Eyni zamanda biz xarici dillərin tədrisini keçirik.

Dərslər Zoom vasitəsilə tədris olunur.

SCHOOLPLUS-da proqramların qiyməti sinif formatından, müəllimin seçimindən, mövzudan asılı olaraq qiymətləndirilir. Bizim məqsədimiz hər cibə uyğun proqramlar təklif etməkdir.

SCHOOLPLUS məktəb və ənənəvi tədris mərkəzləri kimi deyil. Bizim tədris kiçik qrup, interaktiv, canlı onlayn dərslərə yönəlir və mükəmməl öyrənmə təcrübəsi təqdim edir. Hər müəllimin təcrübəsi və biliyi yoxlanılır, və komandamız tərəfindən keyfiyyətli təlimdən keçir.

Bizim format şagird, müəllim və bizim komanda arasında yüksək dərəcədə sosial əlaqə qurmağa şərait yaradır.

Proqramlarımıza ənənəvi tədris proqramlarından tutmuş rəqs dərsi və ya Scratch kimi həyəcanlandırıcı və maraqlı mövzular daxildir.

Uşaqlar və Valideynlər

Şagirdlərimizin təhlükəsizliyi bizim əsas prioritetimizdir. SCHOOLPLUS üzvlərini müxtəlif yollarla qoruyur, keyfiyyətli dəslər təbliğ edərkən şagird və valideyn təhlükəsizliyini və məxfiliyi təmin edirik. Daha çox məlumat üçün Şərtlər və Qaydalar səhifəsinə keçid alın. Komandamız hər zaman suallarınıza kömək etmək üçün buradadır.

Tələbələrin daha interaktiv və sosial dərs təcrübəsi üçün dərs boyu səs/video-nu yanılı olmasını tövsiyyə edirik, amma məcburi deyil. Dərsə qoşulan hər kəsin təhlükəsizliyi üçün dərsə qatılan hər bir iştirakçının həqiqətən uşaq olduğunu təsdiq edirik. Müəllimlərin iştirakçıların şəxsiyyətini təsdiqləməsi üçün ilk dərsin əvvəlində video yandırılmalıdır, sonra dərsin qalan hissəsi boyu video söndürülə bilər.

Hər hansı bir səbəbdən videonu yandıra bilməsəniz bizimlə əlaqə saxlayın.

Canlı dərslərimiz üçün, uşaqlarınızı istədikləri cihazdan istifadə edərək təbii öyrənmə mühitində iştirak etməyə təşviq edirik.  Biz canlı video görüşlər üçün Zoom istifadə edirik. Zoom-u vaxtından əvvəl yükləyərək ilk dərsinizə hazırlaşa bilərsiniz. İşləyən kamera, mikrofon və güclü internet bağlantısı lazımdır.
 
Materiallar tələb olunduğu halda bizim tərəfimizdən əvvəlcədən email vasitəsilə göndəriləcək.
 

Bütün müəllimlərin təcrübəsini və təhsilini nəzərdən keçiririk və uşaqların tədrisinə həvəslə və kreativ yanaşan və yeniliklər gətirmək istəyən şəxslərə üstünlük veririk. 

Dərslərimiz keçilmədən öncə komandamız tərəfindən nəzərdən keçirilir və unikal məzmun, öyrənmə hədəfləri, müəllim təcrübəsi, uşaqların təcrübəsi və başqa standartlarımıza əsasən qiymətlənsirilir və təsdiqlənir. Keyfiyyətli tədris siyasətimiz haqqında daha ətraflı Şərtlər və Qaydalar bölməsində oxuya bilərsiniz.

İlk öncə sizin ovladınızın maraqlandığı mövzu, onun formatı, uzunluğu, vaxtı və yaş kriteriyalarını Tədris Cədvəli bölməsindən seçin. Seçdikdən sonra bizimlə əlaqə saxlayın və ya onlayn ödəniş edin.

Qeydiyyatdan keçdikdən sonra sizin emailnizə görüşün Zoom linki göndəriləcək.
Zoomdan istifadə qaydalarını bu linkə keçərək öyrənə bilərsiniz.

Hər hansı bir köməyə ehtiyacınız varsa, bizimlə əlaqə saxlayın.

 

SCHOOLPLUS dərsləri 5-15 yaş arası şagirdlər üçün uyğundur və Dərs Təqvimi bölməsində hər dərs üçün nəzərdə tutulmuş yaş aralığını göstərilib. Dərsin tövsiyə olunan yaşdan kənar bir uşaq üçün uyğun olub-olmamasına dair suallarınız varsa, birbaşa bizimlə əlaqə saxlayın.

Məqsədimiz hər marağa uyğun kurslar təklif etməkdi və tədris planımız ənənəvi tədris proqramlarından tutmuş rəqs dərsi və ya Scratch kimi həyəcanlandırıcı və maraqlı mövzular təklif etməkdi.

Müəllimlər

Müraciət etmək üçün sizin aşagıdakı məlumatınız info@schoolplus.io göndərməyiniz tələb olunur:

  1. Ad, soyad
  2. Email, əlaqə nömrəsi
  3. Ölkə, Şəhər
  4. Təcrübə
  5. Elmi dərəcə, peşə sertifikatları
  6. Sosial media profili (məcburi deyil)
  7. Dərsin mövzusu və tədris planı haqqında ətraflı məlumat (nə öyrədiləcək, necə öyrədiləcək və şagirdlərin dərsdən gözləntiləri barədə məlumat)
  8. Mövzu haqqında sizin təcrübəniz və ya təhsiliniz
  9. Əlavə olaraq 4-5 dəqiqəlik qisa video dərs

Bizə müxtəlif peşə ixtisaslarından mütəxəssislər müraciət edir – bizim bilməli olduğumuzu hər şeyi bölüşün.

Hər bir şagird fərqlidir və siz öz auditoriyanızı daha yaxşı tanıdığınıza inanırıq! Mövzu seçimində isə uşaqların məktəbdə, evdə və məktəbdən kənarda cəlb edən və maraqlandıran mövzulardan düşünün. Eyni zamanda mövzular maarifləndirici olmalıdır və uşaqların bilik və bacarıqlarını təkmilləşdirmılidir.

Onlayn tədris üçün texniki tələblərimizi də ödəməlisiniz.

 

  1. Kompüter
  2. Veb kamera və mikrofon – ən yeni kompüter modellərində bunlar quraşdırılmışdır!
  3. Sürətli internet – minimum 3mbps qəbul etmə (download) və minimum 1mbps ötürmə (upload) sürətiniz olmalıdır
  4. Safari, Chrome, Firefox və ya Edge-in ən son 2 versiyasından biri
  5. Texnologiya ilə işləmə rahatlığı və ya öyrənmək istəyi!

Qazancınız dərslərinizin qiyməti və neçə nəfərin qeydiyyatdan keçməsindən asılı olacaq. SCHOOLPLUS başlangıc olaraq, bütün ödənişli qeydlərdən 50% xidmət haqqı toplayır. Qazanclarınızdan olan vergi ödənişləri sizin tərəfinizdən ödənilməlidir.

Xeyr, edə bilmərsiniz. Bu SCHOOLPLUS-ın etik qaydalarına ziddir.

Birdəfəlik kurslar – 60-90 dəqiqəlik canlı video kurslardır.
Qisa kurslar – 2-7 həftə ərzində həftədə 1 və ya daha çox dəfə keçirilir. Qeydiyyat bütün kurs üçün keçirilir(ayrı-ayrı siniflər üçün keçirilmir).
Daima davam edən kurslar – müəyyən bir bitmə tarixi yoxdur. Sənət dərsləri, kitab klubları, musiqi dərsləri və digər mövzular bu kurs növünə aiddirlər.