Arduino

Kodlaşdırma

Flag az
Flag en

Arduino əyləncəli və interaktiv layihələr vasitəsilə yaradıcılığı inkişaf etdirərkən tələbələrə elektronika və proqramlaşdırmanın əsaslarını öyrədən maraqlı və praktiki təhsil platformasıdır.

Khanim Jamalova
Khanim Jamalova
Rəy yoxdur

Proqramın təsviri

Arduino, övladınızı elektronika və proqramlaşdırma ilə tanış etmək üçün istifadə etdiyimiz çox yönlü və istifadəçi dostu platformadır. Şagirdlər sxemlər qurmağı, kod yazmağı və ideyalarını real şəkildə həyata keçirməyi öyrənəcəklər.

Arduino ilə temperaturu və rütubəti ölçüb ekranda göstərən sistem, ev avtomatlaşdırılması, ağıllı suvarma sistemləri, robot qolu, maneələrdən qaçan maşın, ağıllı parkinq sistemi və daha yüzlərlə layihəni həyata keçirtmək mümkündür. 

Kurikulumumuz öyrənməni əyləncəli və cəlbedici etmək üçün nəzərdə tutularaq 20% nəzəriyyə, 80% praktika üzərində qurulub. Prosesin təşkili üçün sizə yalnız kompüter və aktiv internet lazım olacaq. Belə ki, şagirdlər mikrokontrollerə kod yazaraq qurduğu sxemlərin işləməsini təmin edəcək və bunları simulyasiya vasitəsilə izləyəcək. Bizdə arduino seti olduğu üçün dərs prosesində bəzi layihələr canlı olaraq da göstəriləcək, arzu etsəniz siz də öz hesabınıza bu seti əldə edə bilərsiniz.

Arduino dərslərimiz övladınızı yalnız texniki biliklərlə təmin etməyəcək, həm də yaradıcılığını və tənqidi düşünmə qabiliyyətlərini inkişaf etdirərək mühəndislik sahəsində geniş imkanlarla dolu gələcəyə aparacaq.

Sizin tədris planınız

4 dərs

$19.41 dərs başına
  Həftədə 1 dərs
$77.65
$77.65 aylıq
Ən populyar

8 dərs

$19.41
$18.12 dərs başına
  Həftədə 2 dərs
$155.29
$144.94 aylıq

12 dərs

$18.12
$17.47 dərs başına
  Həftədə 3 dərs
$217.41
$209.65 aylıq

20 dərs

$17.47
$16.82 dərs başına
  Həftədə 0 dərs
$349.41
$336.47 cəmi

4 dərs

$9.71 dərs başına
  Həftədə 1 dərs
$38.82
$38.82 aylıq
Ən populyar

8 dərs

$9.71
$8.41 dərs başına
  Həftədə 2 dərs
$77.65
$67.29 aylıq

12 dərs

$8.41
$7.76 dərs başına
  Həftədə 3 dərs
$100.94
$93.18 aylıq

20 dərs

$7.76
$7.12 dərs başına
  Həftədə 0 dərs
$155.29
$142.35 cəmi
Khanim Jamalova

Khanim Jamalova

Haqqında

Mən Xanım Camalova "SchoolPlus.az" platformasında "Arduino müəllimi" olaraq fəaliyyət göstərirəm. Bakalavr təhsilimi Azərbaycan Neft və Sənaye universitetində "mexatronika və robototexnika mühəndisliyi" üzrə almışam.

Bir il robototexnika müəllimi olaraq müxtəlif proqramların tədrisi ilə məşğul olmuşam. Daha sonra isə yerli startuplarda və Müdafiə Nazirliyinin zavodunda elektronika mühəndisi kimi, Təhsil Nazirliyinin layihəsində isə STEAM mütəxəssisi kimi fəaliyyətimə davam etmişəm. Hazırda Litvada yerləşən Kaunas Texnologiya Universitetində "mexatronika" ixtisası üzrə magistr təhsilimi davam etdirirəm.

Mühəndislik və tədris sahəsində qazandığım bilik və təcrübələri birləşdirib övladınızın elektronika və proqramlaşdırma sahəsində ilk addımlarına dəstək olacağam.

Rəy yoxdur