Uşaqlara zorakılıq davranışlarından çəkinməyi öyrətmək.

13 dekabr 2023, 18:00,    AkhmadovRufat
Uşaqlara zorakılıq davranışlarından çəkinməyi öyrətmək.

Zorbalıq, bir insanın qəsdən başqa bir insana zərər verməsi, əsəbiləşdirməsi, hədələməsi və ya idarə etməsi ilə bağlı davranış formasıdır. Bu davranışlar çox vaxt güc balansının pozulmasına əsaslanır və tez-tez qurbanın həssas olduğu vəziyyətləri əhatə edir. Zorbalıq müxtəlif formalarda, məktəbdə, iş yerində, ailə daxilində və ya digər sosial şəraitdə baş verə bilər.

Bullinq davranışları ümumiyyətlə zorakılıqla əlaqəli olan və bir insanın başqalarına qarşı aqressiv və ya incidici münasibət sərgilədiyi davranışlardır. Zorbalıq davranışı fiziki, şifahi, emosional və ya sosial ola bilər. Nümunələrə - lağ etmək, aşağılamaq, hədələmək, dediqodular yaymaq, təkləmək və ya fiziki zorakılıq kimi davranışlar aid edilə bilər.

Zorbalıq və zorakılıq davranışı çox vaxt güc münasibətlərinə əsaslanır. Bullinq qurbanı üzərində nəzarəti ələ keçirməyə çalışır, tez-tez qurbana emosional və ya fiziki zərər verir. Bu cür davranış qurbanın özünə hörmətinə, inamına və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.

Cəmiyyətdə və təhsil müəssisələrində zorakılıqla mübarizə və onun qarşısını almaq üçün müxtəlif proqramlar və tətbirlər hazırlanır. Bu proqramlara məlumatlılıq, təlim və effektiv ünsiyyət strategiyaları kimi fəaliyyətlər daxildir. Bundan əlavə, cəmiyyətdə empatiya və hörmət mədəniyyətinin təbliği də zorakılıqla mübarizədə mühüm rol oynayır.

Uşağınızın başqalarına sataşdığı üçün problemlə üzləşdiyini və ya zorba olaraq etiketləndiyini öyrənmək çox təsirli və üzücü ola bilər. Belə olması hər nə qədər çətin olsa da, onunla dərhal məşğul olmaq vacibdir. Bullinqin fiziki və ya danışıqla olmasından asılı olmayaraq, qarşısı alınmadıqda, daha aqressiv antisosial davranışlara səbəb ola bilər və uşağınızın məktəbdəki uğuruna, dostluq qurmaq və saxlamaq qabiliyyətinə ciddi zərər verə bilər.
 

Zorakılıq davranışını anlamaq

Uşaqlar bir çox səbəblərə görə zorakılıq edirlər. Bəziləri özlərini güvənsiz hiss etdikləri üçün zorakılıq edirlər. Emosional və ya fiziki cəhətdən daha zəif görünən birini hədəf almaq daha vacib, populyar və ya kontrolun əlində olması hissini verir. Digər hallarda uşaqlar ölçüsünə, görünüşünə, irqinə və ya dininə görə fərqli olan uşaqlara təzyiq etməyin yolverilməz olduğunu bilmədikləri üçün zorakılıq edirlər.

Bəzi hallarda zorakılıq davamlı və ya aqressiv davranış modelinin bir hissəsidir. Bu uşaqlar çox güman ki, qəzəb, inciklik, məyusluq və ya digər güclü duyğuları idarə etməyi öyrənmək üçün köməyə ehtiyyac duyurlar. Peşəkar məsləhət çox vaxt onlara emosiyalarının öhdəsindən gəlməyi, zorakılığın qarşısını almağı və sosial bacarıqlarını inkişaf etdirməyi öyrənməyə kömək edə bilər.

Məktəbdə və həmyaşıdları ilə eyni mühitlərdə zorakılıq edən bəzi uşaqlar evdə gördükləri davranışı kopyalayırlar. Ailə daxilində aqressiv və kobud qarşılıqlı təsirlərə məruz qalan uşaqlarçox vaxt başqaları ilə də eyni cür davranmağı öyrənirlər.

Uşaqlara zorbalığı dayandırmağa kömək etmək Uşağınıza bullinqin yolverilməz olduğunu və belə davam edərsə, evdə, məktəbdə və cəmiyyətdə ciddi nəticələrə səbəb olacağını izah edin.

Uşağınızın davranışının səbəblərini anlamağa çalışın. Bəzi hallarda uşaqlar hirs, məyusluq və ya etibarsızlıq kimi güclü duyğuları idarə etməkdə çətinlik çəkdikləri üçün zorakılıq edirlər.

Müasir dünyamızda, uşaqların təhsili sadəcə akademik uğurlarla limitli deyil, eyni zamanda sosial və psixoloji inkişaflarını da əhatə edir. Belə olan halda, uşaqlara zorba davranışlardan uzaq durmağı öyrətmək, onların empatiya, hörmət və komanda ilə iş bacarıqlarını inkişaf etdirmələrinə kömək ola bilər. Bu məqalədə, uşaqları zorbalıq və zorakılıq davranışlarından uzaq saxlamağın əhəmiyyətini və bu mövzuda valideynlərin nələr edə biləcəyindən danışacağıq.

 

Empatiyanın təşviqi

Empatiya, başqalarının duyğularını anlamaq və onlara hörmət etmək bacarığıdır. Uşaqlara empatiyanı aşılamaq, onların başqalarının perspektivini anlamalarına şərait yaradır və bu da zorakılıq davranışlarını azalda bilir. Valideynlər, uşaqlarına empatik olmağı öyrədə bilər.

Məsələn:

  • Gündəlik həyatda yaşadıqları hadisələri müzakirə edərək, fərqli perspektivlərin olduğunu göstərmək.
  • Empatiya aşılayan kitablar və hekayələr oxumaq.
  • Öz hislərini və başqalarının duyğularını ifadə etmə təcrübəsi yaşatmaq.

 

Ünsiyyət bacarıqlarını inkişaf etdirmək

Doğru ünsiyyət bacarıqları, uşaqların hislərini ifadə etmələrinə və başa düşmələrinə kömək olur. Bu da zorakılıq davranışlarının qarşısının alınmasında önəmli rol oynayır. Valideynlər, uşaqlarına təsirli ünsiyyət qurmağın yollarını öyrədə bilərlər:

  • Duyğularını açıq şəkildə ifadə etmək və dinləmək praktikası etmək.
  • Problemləri həll etmək və mübahisələri sülh yolu ilə həll etmək bacarıqlarını inkişaf etdirmək.
  • Kəlimələrin gücünü vurğulayaraq, neqativ duyğuları müsbət şəkildə ifadə etməyi öyrətmək.

 

Nümunə olmaq

Valideynlər, zorakılıq davranışının qarşısını almaqda, uşaqlarına ən təsirli nümunə ola bilərlər.

Öz davranışlarına sahib olmaq uşaqlar üçün müsbət nümunədir. Valideynlərin uşaqları üçün nümunə ola bilməyin bəzi önəmli yollarına baxaq:

  • Hörmətli, ədalətli və empatiyalı davranaraq uşaqlara necə davranmaları olduqlarını göstərmək.
  • Müsbət həllər tapmaq üçün uşaqları ilə birlikdə işləmək.
  • İnsanlara hörmət göstərmək və empatiya qurmaq dəyərlərini aşılamaq.

 

Məktəbdə və cəmiyyətdə empatiyanın təşviqi

Məktəblər və cəmiyyət, uşaqların empatiya qurmaq bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər. Təhsil mərkəzləri, bu mövzuda müxtəlif proqramlar və tədbirlər təşkil edərək öyrənənlərə empatiyanı öyrədə bilərlər. Eyni zamanda, ailələrin məktəb ilə əməkdaşlığ edərək bu dəyərləri möhkəmləndirməsi çox vacibdir.

 

Nəticə:

Uşaqlara zorakılıq davranışlarından çəkinməyi öyrətmək onların sosial və emosional inkişafını dəstəkləməklə yanaşı, müsbət ictimai təsir yaratmaq potensialına malikdir. Empatiya, ünsiyyət bacarıqları və valideynlərin nümunə olması, uşaqların zorakılıq davranışından uzaq olmasını təmin etmək üçün vacib amillərdir. Bu dəyərlərin mənimsənilməsi gələcək nəsillərə daha sevgi dolu bir dünya buraxmaq yolunda mühüm addımdır.

PS: Əgər siz də bir valideyn olaraq zorakı davranışlar, emosional inkişaf, empatiya və ya ünsiyyət bacarıqları kimi mövzularda övladınızın gələcəyi və inkişafı üçün qayğılarınız varsa, bununla bağlı schoolplus.az onlayn məktəbinin peşəkar dəstəyindən faydalana bilərsiniz.

Mobil: +994 70 614 3132

Instagram: @schoolplusazerbaijan

 Bəyən:  1
Baxış sayı:  463