Kompyuterdə yazan tələbə

Yeniliklərimizdən daima xəbərdar olun

Abunə olun və bildiriş alın!

Bəzən bizim üçün ağır iş günündən dərhal sonra əlavə beyin gücü tələb edən məşğuliyyətə qayıtmağa gücümüz çatmır.

Uşaqlar məktəbdən sonra asanlıqla və həvəslə idman, musiqi və s. kimi fəaliyyətlərlə məşğul olurlar, amma əlavə tədrisə gəldikdə isə bəzi uşaqlar faydalanaraq inkişaf edir, bəziləri isə məktəb yükünün çoxluğundan faydalana bilmirlər.

 

Beləliklə, aşağıda məktəbdən əlavə proqramın sizə və övladınıza olan müsbət və mənfi cəhətlərini qeyd edək:

MÜSBƏT CƏHƏTLƏR

Daha dərindən öyrənmə imkanı

Uşaqların məktəbdə sinifdən sinifə keçərək bir çox mövzular ilə tanış olurlar və daha sonra həmin movzuların dərinliklərinə kecid alırlar, amma tədris proqramının təzyiqi altında mövzunu dərindən qavramaya bilmirlər

Məktəbdən əlavə proqram belə çətinlikləri azaldaraq uşaqları maarifləndirici və zənginləşdirmə fəaliyyətləri ilə məşğul olmağa həvəsləndirir və müəyyən bir mövzunu daha dərindən öyrənməyə imkan yaradır. Nəticədə, uşaqlar məktəbdə oxuduqları bir mövzunu və ya tamamilə təcrübəsi olmayan mövzunu seçə bilirlər.

Fərdiləşdirilmiş öyrənmə təcrübəsi

Uşaqların məktəbdə aldıqları ənənəvi təhsilin bir çox müsbət və mənfi cəhətləri var. Ən böyük çatışmazlıqlardan biri tələbələrin hər birinin fərqli maraqlarının olmasına baxmayaraq, eyni şeyi öyrənmək məcburiyyətidir.

Məktəbdən əlavə proqramı ərzində isə uşaqlarınız təmamilə fərqli bir təcrübə qazanacaqlar. Fərdiləşdirilmiş öyrənmə təcrübəsi o deməkdir ki, uşaqlarınız nəinki öyrənməli olduqlarını öyrənəcəklər, həm də öyrənmək istədiklərini öyrənəcəklər. Əminəm bunun maksimum marağa və inkişafa nə dərəcədə səbəb ola biləcəyini anlayırsınız.

İxtisaslaşmış öyrənmə təcrübəsi

Məktəbdən danışarkən sizə bir sualım yaranır: uşağınızın ən çox sevdiyi fənnlər hansılardır? Riyaziyyat, tarix yoxsa ingilis dili? Və doğurdanmı onlar bu fənnləri sevirlər, yoxsa maraq dəirələrində başqa bəyəndikləri məktəbdənkənar mövzular  var?

 

Məktəbdən əlavə proqram ərzində uşaqlar yeni və onları maraqlandıran mövzuları öyrənə biləcəklər. Məsələn kodlaşdırma, dizayn, sənət və ya robot texnikasının onların gələcəyinə olan faydası barədə və s.

Araşdırma edən uşaqlar

Fərqli öyrənməyə təcrübəsi

İmtahan zamanı olduğu kimi, bəzi uşaqlar təzyiq altında olduqda yaxşı nəticə göstərə bilmirlər və nəticədə onların tək qiymətləri yox, həm də  özgüvəni aşağı düşür.

Beləliklə, məktəbdən əlavə öyrənmə proqramı uşaqlara fərqli, eyni zamanda əyləncəli və uğura aparan öyrənmə imkanı yaradır . Bu proqram uşaqların özgüvənini artırır və həyatlarının fərqli istiqamətlərində müsbət inkişafa imkanlar yaradır.

Uşaqların məşğul olmaları

Ola bilər ki, bu çoxlarınız tərəfindən mənfi qarşılana bilər, amma düşünürəm ki, bununla nə demək istədiyimi asanlıqla anlayacaqsınız. Əgər məktəbdən əlavə uşağınızın daha mütəşəkkil olmağına ehtiyacı varsa, ona əlavə təhsil kömək edə bilər.

MƏNFİ CƏHƏTLƏR

İp sartan uşaqlar

Uşaqları çox məşğul olmaları

Ən sonda qeyd etdiyim müsbət cəhətin mənfi tərəfini də sizinlə bölüşmək istərdim.

Bəzi uşaqlar və gənclər sadəcə başqa bir işə ehtiyac duymurlar. Beləliklə, onları başqa bir fəailiyyətə “məcbur etməklə”, xeyirdən daha çox ziyan vermiş olursunuz. Məsələn, onları fayda görmədikləri bir şeylə məşğul olmağa məcbur etdikdə, siz onların öyrənmə həvəsini daha da azaldır və gündəlik olaraq negativ təcrübə qazandırırsınız.

Sadəcə bir şeyi nəzərə alın ki, hər bir uşaq “məktəbdən əlavə” proqrama sərf etdiyi vaxtı, başqa bir fəaliyyətə sərf edə bilər. Bəzi uşaqlar üçün yalnız istirahət etmək, ev tapşırıqlarına diqqət yetirmək və təkbaşına və ya dostları ilə bir şey etmək faydası, məktəbdən əlavə proqramın faydasından çox ola bilər.

Əlavə xaos

“Xaos” dedikdə hətta bir övladı olan valideynlərin təqviminə istinad edirəm. Bir çox valideynlərin planlaşdırma və təqvimin sıxlığı ilə bağlı kifayət qədər problemləri ola bilər. Əlbəttə ki, COVID-19 səbəbindən  hər kəsin evdə və təhsilin online olduğu halda bu problemlər çoxda yaşanmır.

Əlavə xərc

“Daha çox iş görməyin” bir mənfi tərəfi daha çox xərcləməkdir. Amma siz buna bir sərmayə kimi də baxa bilərsiniz. İdman, musiqi və ya məktəbdəns əlavə proqram uşağınızın parlaq gələcəyi üçün yatırımdır.

Əlavə təzyiq və narahatçılıq

Beləliklə, burda 2 halı qeyd edim: Birincisi, uşaqlar məktəbdən əlavə proqramı sevə bilərlər, amma proqramdan sonra məktəb tapşırıqlarını etmək məcburiyyətindədilər. (Bunu pozitiv və öyrənmə fürsətinə çevirmək üçün siz övladlarınızın vaxtlarını səmərəli idarə etmək üçün istiqamətləndirməlisiniz və gün ərzində neçə saat olmasına baxmayaraq, bu vaxtdan necə maksimum effektiv faydalanmağı öyrətməlisiniz.)

 

İkinci hal isə, uşağınızın məktəbdən əlavə ümumiyyətlə heç bir şey etmək istəyində olmamasıdır.

 

Hər iki halda da, uşaqlarınız əlavə təzyiq və narahatçılığa məruz qala bilərlər.

Son sözüm

Əlbəttə ki, yuxarıda sadalanan mənfi və müsbət cəhətlərə baxmayaq, siz özünüz məktəbdən əlavə  proqramına olan ehtiyaclarınızı  anlamalısınız.

Əgər uşaqlarınız çətinliklərlə üzləşirsə və əlavə tədrisin öhtəsindən gələ bilmirlərsə, ümidinizi itirməyin, çünki həyat fərqli imkanlarla doludur.