Scratch proqramını öyrənən uşaq

Yeniliklərimizdən daima xəbərdar olun

Abunə olun və bildiriş alın!

Uşaqların erkən yaşlarından kodlaşdırma öyrənməyi həm gələcək karyeralarına hazırlıq , həm də güclü məntiqi və yaradıcı düşünmə bacarıqlarının inkişafında böyük rol oynayır. Kodlaşdırmanı öyrənmənin faydası bizə məlum olsa da,  öyrənməni necə başlamaq  bir çox valideyn üçün qarışıq olaraq qalır.

Scratch: Bütün yaşlara uyğun kodlaşdırma

Scratch, 2007-ci ildə MIT Media Laboratoriyası tərəfindən yaradılan əyani bir proqramlaşdırma dilidir. Rəngli bloklarla “sürüklə və burax” interfeysi onu öyrənmək üçün ən intuitiv proqramlaşdırma dillərindən birinə çevirir. Kodu yazmağı tələb edən ənənəvi proqramlaşdırma dillərindən (Python, Javascript) fərqli olaraq, Scratch gəncləri və yetkinləri kod bloklarını bir-birinə bağlayaraq asanlıqla interaktiv oyunlar və proqramlar qurmağa imkan yaradır.

 

Scratch proqramı

Ümumiyyətlə, Scratch  8 yaşdan yuxarı uşaqlar üçün tövsiyə olunur. 5-7 yaş arası uşaqlar üçün ScratchJr (adi Scratch-dan daha sadə, alternativ platforma) tövsiyyə olunur.

 

Scratch 8-11 yaşlı uşaqlar üçün tövsiyyə olunmasına baxmayaraq, 11 yaşdan yuxarı uşaqlar və böyüklər də Scratch-dən istifadə edə bilərlər! Minimum kodlaşdırma təcrübəsi olan hər kəs Scratch-i əlçatan və istifadəçi yönümlü tapacaq. Əslində UC Berkeley kimi bir çox kollec başlanğıc olaraq kompüter elmləri ixtisasının bir hissəsi kimi Scratch-dan  istifadə edir.

 

Kompüter proqramlaşdırma ilə tanışsınızsa, Scratch əvəzinə Python və ya Java kimi mətn tipli proqramlaşdırma dillərini öyrənməyinizi tövsiyyə edirik. Scratch kodlaşdırmanı öyrənməyə başlamaq üçün əla vasitədir. Lakin Python və Java kimi mürəkkəb proqramlaşdırma dilləri gündəlik olaraq istifadə olunur.

Artıq “Scratch” haqda biraz məlumatınız yarandı, indi isə ənənəvi kodlaşdırma dillərindən nə ilə fərqləndiyini aşağıda daha dərindən müzakirə edək.

Scratch: Fərqli kodlaşdırma dili

Scratch ilk baxışdan bənzəməsə də, həqiqi proqramlaşdırma dilidir. 2020-ci ilin may ayından etibarən Scratch dünyanın ən populyar 19 kompüter proqramlaşdırma dili olaraq seçilib! Eyni zamanda, Scratch digər proqramlaşdırma dillərindən çox fərqlənir.

Dünyanın ən populyar kodlaşdırma dillərinin əksəriyyəti “mətn tipli”dir, yəni kod sözlər və simvollar əsasında yazılır. Python, Java və C ++ kimi mətn tipli dillərdə proqram yaratmaq üçün çoxsaylı kod sətirləri yazmaq lazımdır. Bu proqramlaşdırma metodunu ilk dəfədən öyrənmək çətin ola bilər.

 

Xarici dillərin hər birinin özünəməxsus qrammatikası və lüğəti olduğu kimi, mətn tipli kodlaşdırma proqramlarının da  əmrlərin özünəməxsus xüsusi yazılışı (kompüterə nə edəcəyini izah edən təlimatlar) və öz qarışıq sintaksisləri vardır.

 

Bunun əksi olaraq, Scratch blok əsaslı və vizual proqramlaşdırma dilidir. Klaviaturadakı simvollardan istifadə edərək yazılmış ənənəvi əmrlərdən fərqli olaraq, Scratch əmrləri rəngli blok şəklində olur. İstifadəçilər virtual LEGOya oxşar blokları bir-birinə bağlayaraq proqramlar yaradırlar. Daha sonra onları işə salmaq üçün Scratch interfeysindəki yaşıl bayraq düyməsini basırlar.

Scratch: Vizual Nümunə

Scratch-un nə qədər əyləncəli və sadə olduğunu göstərmək üçün aşağıda Java və Scratch proqramlarında: “Salam! Bu gün necəsən?” ifadələrini yazmışıq.

 

Hər ikisi də eyni ifadəni yazır, amma Scratch proqramı xeyli dərəcədə sadədir. Yuxarıda göstərildiyi kimi, Scratch kodunu yaratmaq və oxumaq daha asandır, bu da onun asanlıqla öyrənilməsinə və tətbiqinə imkan verir. Başqa proqramlaşdırma dillərindəki sintaksis çətinliyini aradan qaldıraraq, Scratch uşaqlar və gənclər üçün əyləncəli və interaktiv şəkildə layihələr qurmağa kömək edir.

 

Java proqraşdırılması
Scratch-da bloklar

Scratch: İnteraktiv hekayələr

Scratch platforması istifadəçilərinə interaktiv və kreativ hekayələr yaratmağa imkan verir. Scratch-in interaktiv hekayələri ümumiyyətlə düşündüyümüz ənənəvi hekayələrdən fərqlidir. Hekayəni yaradaraq uşaqlar bir tək kodlaşdırmanı yox, həm də hekayə söyləməyi öyrənirlər. Hekayələrin hamısı mürəkkəb olmalı deyil – bəzən sadə layihələr belə əyləncəli və cəlbedici ola bilər! Hətta kiçik animasiyalarınızı belə yarada bilərsiniz!

Scratch Kodlaşdırmanın Digər Faydaları

Kodlaşdırma aləminə qapı olmaqla yanaşı, Scratch uşaqlara müxtəlif vacib həyati bacarıqları da gücləndirməyə kömək edir. Aşağıdakı bacarıqları Scratch-da layihələr üzərində işləyərək təkmilləşdirmək olar.

Bədii Dizayn və Yaradıcılıq

Scratch-da oyunlar bir sıra simvol vasitələriylə yaradılır və həmin simvollar “sprites” adlanır. Scratch-da əvvəlcədən hazırlanmış böyük sprites və arxa fon kitabxanası var, amma eyni zamanda uşaqlar və gənclər öz dizaynlarını çəkə bilərlər.

 

Bu o deməkdir ki, kifayət qədər təcrübə ilə övladınız düşünə biləcəyi hər bir interaktiv hekayəni yarada biləcəkdir! Sprites-ları fərdiləşdirərək və hekayələr quraraq onların bədii dizayn və hekayə söyləmə bacarıqları təkmilləşəcək.

Scratchda dizayn

Planlaşdırma bacarıqları

Oyunların və ya hekayələrin planlaşdırılması üçün övladınız kod və dizaynın birlikdə necə çalışacağını anlamalı olacaq. Scratch-da fikir mübadiləsi apararaq uşaqlar həyatın müxtəlif sahələrinə ötürülə bilən güclü planlaşdırma və təşkilatçılıq bacarıqlarını inkişaf etdirirlər.

Scratchda planlaşdırma

Məntiqi Düşüncə və Problem həll etmə bacarıqları

Scratch-da layihələr yaratmaq övladınızı yaxşı proqramçı olmağa hazırlayır və kompüter elminin əsaslarını öyrədir. Məntiqi düşüncə və problemi həll etmə bacarıqlarını Scratch kodlaşdırma konsepsiyalarına tətbiq edərək, övladınız daha yüksək səviyyəli kompüter elmləri ilə təmasda olacaq , hətta məktəbdə riyaziyyat və elmi mövzuların mənimsəməsini sürətləndirəcəkdir.

Scratch_da məntiq

Scratch öyrənməyə hazırsınızmı?

Övladınızın “Scratch” proqramının yuxarıda sadalanan faydalarına yiyələnməsini istəyirsinizsə bizimlə əlaqə saxlayın. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir