Kitabla duran uşaq

Yeniliklərimizdən daima xəbərdar olun

Abunə olun və bildiriş alın!

Bu bloq keçən il yazılsaydı indikindən azda olsa fərqlənərdi.


Niyə? Çünki təhsil sferasında bir çox şeylər məna olaraq dəyişib. Məsələn: bütün təhsil təcrübəsi bu ilin əvvəlindən ənənəvidən cox onlayna çevrilib. Beləliklə ev tapşırıqları, sosiallaşmaya ayrılan vaxt, uşaqların dərsdən sonra rejimi və bir çox amillər deyişikliyə məruz qalıb.

Bu bloqda sizinlə məktəbdən əlavə proqramının pandemiyadan əvvəlki və sonrakı faydalarını nəzərdən keçirəcəyik.

Məktəbdən əlavə proqramın üstünlükləri

Qeyd olunduğu kimi, “məktəb” anlayışı bu günləri bir neçə fərqli şəkildə tərif edilə bilər. Qısa olaraq demək olar ki, hal hazırdakı məktəb uşaqların və yeniyetmələrin vərdiş etdikləri məktəbdən artıq daha fərqlidir – müəllimlərdən distant şəkildə öyrənmələri, fərqli şəkildə imtahan və ya testlərdən keçmələri fərqli bir şəkildə sosiallaşmaları və s.

Beləliklə, hər birimiz bu tədris ilində nələrin baş verəcəyini bilməsək də, əsaslı şəkildə keçmiş tədris ilindən fərqli olacağına əminəm və nəticədə uşaqların məktəbdən əlavə proqramının faydalarına əvvəlkindən daha çox ehtiyacları var.

Arifmetika ilə məşğul uşaq

1. Fərqli öyrənmə və bacarıqların inkişafı

Məktəblər tədris proqramını çatdırmaqda mükəmməl olsaydı, şagirdlər tapşırıqlarını 100% yerinə yetirsəydi və hər kəs imtahandan əla qiymətlər alsaydı, yenə də məktəbdən əlavə proqramının faydası olacaqdı.

Niyə? Çünki bizdə məktəblərin əksəriyyəti uşaqlara kodlaşdırma, dizayn, və biznes kimi dərsləri və ya həyati bacarıqları öyrətmirlər.

1. Fərqli öyrənmə və bacarıqların inkişafı

Arifmetika ilə məşğul uşaq

Məktəblər tədris proqramını çatdırmaqda mükəmməl olsaydı, şagirdlər tapşırıqlarını 100% yerinə yetirsəydi və hər kəs imtahandan əla qiymətlər alsaydı, yenə də məktəbdən əlavə proqramının faydası olacaqdı.

Niyə? Çünki bizdə məktəblərin əksəriyyəti uşaqlara kodlaşdırma, dizayn, və biznes kimi dərsləri və ya həyati bacarıqları öyrətmirlər.

Beləliklə, uşaqlar məktəbdən sonra əlavə inkişaf proqramlarında iştirak edərək tədris ili ərzində yaranan bu boşluğu doldura bilərlər.

2. Kəşf etmə

Bunun məktəblə əlaqəli həm yaxşı, həm də pis tərəfləri ola bilər:

Bir çox şagird eyni uşaqlarla məktəbə gedirək, eyni sinifdə oxuyuraq və eyni masa arxasında nahar edərək böyüyür. “Yaxşı” tərəfi odur ki, tələbələr dərin və mənalı əlaqələr qura bilirlər, amma “Pis” tərəfi isə, şagirdlərin sosial əhatələrindən çox çıxa bilməməsidir.

Lakin məktəbdən əlavə proqramı vasitəsilə ilə uşaqlar digər fərqli tələbələrlə də əlaqə qura bilərlər. Təəccüblənməyin, çünki məktəbdən əlavə proqramda tək sosial vaxtın mövcudluğuna deyil, həm də sosiallaşmanın proqramın əsas tərkib hissəsi olması üçün müəllimlər əllərindən gələni edirlər.

Məktəbdən əlavə proqram ərzində şagirdlər özləri haqqında bilmədikləri şeyləri kəşf edəcək, yuxarıda qeyd olunduğu kimi yeni bacarıqları inkişaf etdirəcək və həmfikir, həmyaşıdları ilə diskussiya aparıb dostlaşacaqlar.

3. Sosial vaxt (və sosial öyrənmə)

Məktəbdən əlavə proqramının ən böyük faydalarından biri sosial vaxt və münasibət qurmaqdır. İndiki zamanda sosiallaşmanın çox böyük faydaları var.

COVID-19 -a görə uşaqlar evdə daha çox vaxt keçirmək məcburiyyətində qalıb və bu da onların sosiallaşmasına negativ təsir göstərir.

Əvvəllər şagirdlər məhz öz dostlarını və tələbə yoldaşlarını görmək üçün məktəbə qayıtmaqlarını səbirsizliklə gözləyirdilər. Amma indi sosial məsafə və distant təhsil səbəbindən öz yaşıdları ilə qarşılıqlı əlaqə qura bilmirlər.

4. Zehni stimullaşdırma

Yay tətili zamanı uşaqlar məktəbdə öyrəndikləri bilik və bacarıqları unuda bilərlər. Mövcud vəziyyətlə bağlı insanlarda  belə bir düşüncə yaranır ki, uşaqların təhsilində yaranan qeyri-müəyyənlik və fərqli yanaşma, onların təhsilinə və öyrənməsinə negativ təsir göstərə bilər.

Məktəbdən əlavə proqram  uşaqları bu potensial “təhlükə zonalarından” uzaq saxlayaraq,  beynlərinə yeni fikir və imkanları təqdim edərək öyrənməyə stimullaşdırır.

Müəllimlə öyrənən uşaq

5. Yaradıcılıq

Yaradıcılıq nə qədər gözəl olsa da, məktəblər uşaqların yaradıcılıq bacarıqlarını inkişaf etdirmir. Böyük ideyaları və xəyalları fərqli yaradıcılıq fəaliyyətinə çevirmək əvəzolunmaz bir hissdir. Ancaq prioritetlərə gəldikdə, bu yaradıcı fəaliyyətlər ikinci plana keçir, çünki sinifdə iştirak etmək və ev tapşırığını yerinə yetirmək hər şeydən üstün tutulur. Və günlər keçir, uşaqlar gündəlik rejimlərinə yaradıcılıq qatmırlar, bununla da yaradıcılıq unudulur.

Beləliklə, məktəbdən əlavə proqram yaradıcılığı yenidən gündəlik rejiminə qaytarmaqla uşaqları innovasiya etməyə, araşdırmağa həvəslədirir və əlavə olaraq proqram da əyləncəli keçir.

Açıq havada əylənən uşaqlar

6. Özünəinam

Uşaqlar lazım olduğu yerlərdə özlərinə inanmalıdırlar. Sual yaranır ki, testləri əla yazmaqla və bütün qiymətləri əla olduğu halda, bu inam maksimum dərəcədə artırmı və ya həqiqətən mi gələcəkdə lazımı olduğu yerdə istifadə olunur?

Daha aydın desək, şagirdlər məktəb illərini bitirdikdən sonra bu inam onlara hansisa yollarla həyatlarında və ya gələcək karyeralarında seçim etməyə kömək edəcək mi?

6. Özünəinam

Açıq havada əylənən uşaqlar

Uşaqlar lazım olduğu yerlərdə özlərinə inanmalıdırlar. Sual yaranır ki, testləri əla yazmaqla və bütün qiymətləri əla olduğu halda, bu inam maksimum dərəcədə artırmı və ya həqiqətən mi gələcəkdə lazımı olduğu yerdə istifadə olunur?

Daha aydın desək, şagirdlər məktəb illərini bitirdikdən sonra bu inam onlara hansisa yollarla həyatlarında və ya gələcək karyeralarında seçim etməyə kömək edəcək mi?

Lakin uşaqlar məktəbdən əlavə proqramı vasitəsilə  kodlaşdırma və ya başqa istədikləri səhədə təcrübə qazana və özlərinə inam yarada bilsələr, bu inam onların gələcək karyeralarında böyük təsir göstərə bilər.

7. Əyləncə və həzz

Əlbəttə ki, gəlin uşaqlığın mənasını unutmayaq – əylənmək, gülümsəmək və gülmək. Çox təəssüf ki, bu son bir neçə ayın gülüşünü və əyləncəsini COVID-19 uşaqlardan müəyyən qədər aldı.

Bu sirr deyil, amma yenədə xatırlatmaq istərdim ki, əyləncəli seçimlərimiz COVİD-19 səbəbindən məhdud olsa da, hələdə mövcuddur və məktəbdən əlavə proqram əyləncəli və sadə seçimlərdən biridir.